Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ zamanı davranış qaydalarını açıqlamışdır

Bakı, 25 may (AZƏRTAC). Mayın 7-də Zaqatala rayonunda baş vermiş zəlzələdən sonra bu bölgədə yaşayan insanlar arasında müəyyən narahatlıqlar yaranmışdır. İnsanlar zəlzələ zamanı davranış qaydaları barədə məlumatsız olduqlarından əksər hallarda yanlış qərarlar verirlər. Seysmik aktiv ərazilərdə yaşayan hər bir şəxsin zəlzələ haqqında müxtəlif informasiya mənbəyindən müəyyən bilik alması lazımdır.

Bunu nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ zamanı davranış qaydalarını açıqlamışdır.

Qaydalarda qeyd olunur ki, məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və onlara hazırlıq tədbirləri haqqında biliklərin tədrisi üzrə məşğələlər təşkil etmək lazımdır. Bu, uşaqlarda qorxu hissinə qalib gələr və zəlzələni daha təmkinlə qarşılamada kömək edə bilər. Binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda gözlənilən seysmik təhlükəyə davamlı salmaq, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır.

Zəlzələlər zamanı insan tələfatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları yuxarıda saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır. Yanğın da çox təhlükəlidir. Hamı ehtiyac olduqda qaz və elektrik xətlərini bağlamağı bacarmalıdır. Fənərləri (kibriti yox!), dərman qutusunu, isti geyim əşyalarını etibarlı yerlərdə saxlamaq lazımdır.

Tövsiyə edilən müdafiə tədbirlərindən ən yaxşısı çaxnaşmaya düşməməkdir. Zəlzələ yer tərpənməsi olub bir neçə saniyə və güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də binanın içərisində olduqda təcili sürətdə təhlükəsiz yerə qaçmaq, daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq lazımdır. Zəlzələ zamanı binanın daha çox xarici divarları uçur. İnsanların dayandığı yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır.

Bildirilir ki, əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Pilləkənlərdə basabas olacaq, liftlər isə işləməyəcək. Bundan başqa zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçulur. Güclü təkanlardan sonra elektrik və qaz sistemlərini qapayın - əgər onlar öncədən qapanmayıbsa, kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər.

Binadan kənardasınızsa, binaya yaxınlaşmayın, əksinə ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın. Zəlzələdən sonra təmkinli olun, təkrar təkanlar haqqında hər hansı bir məlumat, proqnoz şayiələr yaymayın. Rəsmi orqanların məlumatlarından faydalanın və yalnız onların tövsiyələrinə əsasən hərəkət edin. Telefondan yalnız zədə almış insanlar barədə xəbər vermək üçün istifadə edin, digər hallarda telefon xətlərini məşğul edərək xilasetmə və tibb xidmətlərinin işinə mane olmayın. Gərginlik bir qədər azaldıqdan sonra qohumlarınız və yaxınlarınızla əlaqə saxlaya bilərsiniz. Yaralılara ilk yardım göstərin - bunun üçün yanınızda ilk yardım dərman qutusu olmalıdır, ehtiyacı olanların yanına həkim göndərin. Yanğın ocaqlarını tapın və imkan dairəsində onları söndürməyə çalışın. Zədələnmiş binaların yanından keçərkən, çox diqqətli olun. Uçqunlar qəflətən baş verə bilər. Bundan başqa qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər.

Qaydalarda, həmçinin qeyd edilir ki, hər bir şəxs bu təbii fəlakətə özünü daxildən hazırlamalıdır. Seysmik cəhətdən təhlükəli rayonlarda yaşayan hər bir adam evdə, işdə, küçədə, avtomobildə və digər yerlərdə ola biləcək zəlzələ zamanı davranışını şüurlu və sistematik planlaşdırmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO