AMERİKA ASTRONOMLARI: ULDUZLAR QALAKTİKANIN DAXİLİNDƏ HƏRƏKƏT EDİR
AZƏRTAC-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, Vaşınqton Universitetinin alimləri sübut etmişlər ki, ulduzlar qalaktikaların daxilində xeyli böyük məsafələrə hərəkət edə bilir. Onlar Qalaktikanın 9 milyard il əvvəl toz buludundan əmələ gəlməsini modelləşdirmişlər. Alimlər buna Vaşınqton və Texas universitetlərinin çox güclü kompyuterlərində, ümumiyyətlə, 100 min maşın-saatdan artıq vaxt sərf etmişlər. Bunun nəticəsi isə kiçik bir videorolik olmuşdur.
Son vaxtlaradək elmdə belə bir qəti fikir mövcud idi ki, ulduzlar Qalaktika topalarından keçəndən sonra onların orbiti dairəvi deyil, daha xaotik forma alır. Topalardan keçən zaman Qalaktikanın mərkəzinədək məsafə və ulduzun dolanması dövrü, demək olar ki, dəyişmir, ulduz Qalaktikanın elə həmin sektorunda qalır. Yeni nəticələr göstərir ki, topalardan keçəndən sonra ulduzun orbiti formasını dəyişmir (dairəvi qalır), lakin radiusunu xeyli dəyişə bilir.
Alimlər Günəşin azmış ulduzlara aid olub-olmadığı sualına cavab verməkdə hələlik çətinlik çəkirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]