COP29
Amerika Nüvə Cəmiyyətinin İdarə Heyətinin üzvü: COP29 mənim üçün çox dəyərli təcrübə oldu
Bakı, 14 noyabr, AZƏRTAC
“Mən nüvə enerjisi sahəsində çalışıram və COP29 konfransında Amerika Nüvə Cəmiyyəti ilə ABŞ-dakı Oak Ric Milli Laboratoriyasını təmsil edirəm. Burada genişmiqyaslı dekarbonizasiya tədqiqatları aparıram. Həmçinin sənayenin dekarbonizasiya edilməsində nüvə enerjisinin rolunu vurğulayıram. Nüvə enerjisinin yalnız elektrik enerjisi ilə məhdudlaşmayıb, digər bərpaolunan enerji və təmiz enerji növləri ilə birgə inteqrasiyasının mümkünlüyü barədə vacib müzakirələrdə iştirakdan məmnunam. Bu sahədə çox vacib və faydalı təcrübələr qazanıram”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Amerika Nüvə Cəmiyyətinin İdarə Heyətinin üzvü və Oak Ric Milli Laboratoriyasında baş elmi tədqiqatçı olan Qeyl Erin Hauk bildirib.
Konfrans barədə təəssüratlarını bölüşən qonaq qeyd edib: “Təşkilatçılığa görə təşəkkür edirəm. Dizayn çox zövqlüdür və ən sevdiyim rənglərdən istifadə olunub. Görünüş baxımından hər şey estetik cəhətdən çox təsiredicidir. Bütün könüllülər gülərüz, yardımsevər və olduqca nəzakətlidirlər. Bu konfrans mənim üçün çox dəyərli və xoş təcrübə oldu”.