AMERİKALILAR FUTBOL ÜZRƏ 2018-Cİ İL DÜNYA ÇEMPİONATINI ÖZ ÖLKƏLƏRİNDƏ KEÇİRMƏK İSTƏYİRLƏR
Bakı, 28 iyul (AZƏRTAC). ABŞ Prezidenti Barak Obama Beynəlxalq Futbol Federasiyasının (FİFA) başçısı Zepp Blatteri 2018-ci və yaxud 2022-ci il dünya çempionatını keçirmək barədə ABŞ-ın müraciətinə mümkün qədər diqqətlə yanaşmağa çağırmışdır. Xarici KİV-lərin verdiyi məlumata görə, Barak Obama hətta bu məqsədlə Blatteri Ağ evə dəvət etmiş və onlar yarım saata qədər söhbətləşmişlər.
Bundan əvvəl 2018-ci ilin dünya çempionatını keçirmək barədə arzusunu Rusiya ən yüksək səviyyədə elan etmişdir. Baş nazir Vladimir Putin bu məsələnin hətta “ümummilli vəzifə” olduğunu demişdir.
Dünya çempionatını keçirməyə namizədlər sırasında İngiltərə, Avstraliya, Meksika, Yaponiya, İndoneziya, Belçika-Niderland (birlikdə) və İspaniya-Portuqaliya (birlikdə) vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]