“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Təlim iyulun 3-dək davam edəcək.