ANAMA-nın direktoru: Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub VİDEO
Bakı, 12 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - deyə o qeyd edib.