ANAMA: Ötən həftə 622 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24 mina, tank əleyhinə 74 mina və 298 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 622 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]