Angela Merkel: Mən qəlbən öz xalqımın yanındayam
Berlin, 16 iyul, AZƏRTAC
ABŞ-da səfərdə olan Almaniyanın federal kansleri Angela Merkel bəyan edib ki, hazırda Almaniyada baş verən hadisələr fəlakətdir.
AZƏRTAC xəbər verir ki, Kansler Merkel jurnalistlər qarşısında çıxış edib. O bildirib ki, cismən Vaşinqtonda olsa da, qəlbən və fikrən özünü Reynland-Pfals və Şimali Reyn-Vestfaliya əyalətlərinin su basmış rayonlarının sakinlərinin yanında hiss edir.
Kansler deyib: “Sizi dəstəklədiyimi və sizinlə həmrəy olduğumu bildirmək istəyirəm. Avropalı həmkarlarım orada baş verən hadisələr barədə mənə çoxlu məlumat göndəriblər. Onlar da Almaniya ilə həmrəy olduqlarını bildirir və bizə kömək təklif edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]