Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi

Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi

Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri dünya mediasının diqqət mərkəzindədir. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın apardıqları danışıqların, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının, imzalanan sənədlərin, bütövlükdə əldə olunan razılaşmaların təhlili çox maraqlı nəticələr çıxarmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın digər nümunə yoxdur. Ancaq bunun təməlində hansısa amillər deyil, konkret taktika və strategiyaya malik siyasət durur. Xüsusilə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət qeyd edilməlidir. İndi ölkə regional və qlobal əhəmiyyətli layihələrin fəal iştirakçısıdır və bu yolda davam edir. 

Siyasi və iqtisadi yaxınlıq: dünyanı heyrətləndirən reallıq

Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğuna heç kəsin şübhəsi yoxdur. Bu iki dövlət bütün sahələr üzrə bir-birinə çox yaxındırlar - onlar qardaşdırlar. Lakin dövlət miqyasında sıx əlaqələr qurmaq siyasi ustalıq tələb edir. Bunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Məhz həmin işi indi Azərbaycan və Türkiyə rəhbərliyi uğurla davam etdirir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu il ilk səfərini Türkiyəyə etdi. Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirildi. Türkiyə tərəfi Azərbaycan Prezidentini böyük təntənə ilə qarşıladı. Bunun xüsusi əhəmiyyəti var. Rəsmi Ankara Azərbaycana bir dövlət kimi yüksək qiymət verdiyini növbəti dəfə dünyaya nümayiş etdirdi.

Gözlənildiyi kimi, Prezident İlham Əliyevin Türkiyədə apardığı müzakirələr çox uğurlu oldu. Bütün sahələr üzrə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq haqqında razılıq əldə olundu. Hazırda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin həcmi 5 milyard dollar təşkil edir. Müxtəlif sferaları əhatə edən əlaqələrin 2020-ci ilə qədər inkişaf dinamikası ətrafında çox səmərəli danışıqlar aparıldı. İqtisadi sahədə həmin müddətdə Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunu 20 milyard ABŞ dolları həcminə çatdırması gözlənilir. Hazırda Türkiyə tərəfi Azərbaycana 10 milyard ABŞ dolları miqdarında sərmayə yatırıb.

Bunların fonunda TANAP layihəsinin icrası məqsədilə 45 milyard dəyərində vəsaitin xərclənməsinin nəzərdə tutulması kifayət qədər maraqlı görünür. Ankaradakı görüş zamanı vurğulandığı kimi, neft və qaz sahəsində həyata keçirilməli olan layihələrlə yanaşı, nəqliyyat sferasında da nəhəng işlər görülməlidir. Bunun nəticəsində İstanbul-Pekin dəmir yolu xətti işə salınmalıdır. Bu marşrut Azərbaycan ərazisi üzərindədir. Deməli, ölkəmiz faktiki olaraq Şərqlə Qərbi birləşdirəcək əməkdaşlığın mühüm məntəqələrindən biri olacaq.

Faktları təsadüfən vurğulamırıq. Biz ayrıca qeyd etmək istəyirik ki, Türkiyə-Azərbaycan əlaqələri indi yalnız iki ölkə və regionun miqyası ilə deyil, bütövlükdə dünya səviyyəsində əhəmiyyət kəsb edir. Bu, olduqca vacib bir nəticədir. Çünki hazırda qlobal miqyasda böhranların vüsət aldığı, bir sıra regionlarda ixtilafların dərinləşdiyi, hətta inkişaf etmiş dövlətlərin belə ziyanlar gördüyü, böyük itkilər verdiyi şəraitdə Türkiyə və Azərbaycanın möhtəşəm proqramlar həyata keçirməyə başlaması strateji əhəmiyyətli amillərdəndir.

Həmin kontekstdə Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanla həmrəy olduğunu xüsusi vurğulaması məmnunluq doğurdu. Prezident Rəcəb Tayyib Ərdoğan açıq bildirdi ki, “bu mövqedən geri çəkilmək mümkün deyil”. Göründüyü kimi, hər iki ölkə geosiyasi tendensiyalardan asılı olmayaraq bu münaqişənin həllində öz prinsipial mövqelərini saxlayacaq. Digər mənaları ilə yanaşı, bu, bir sıra qüvvələrə mesajdır. Onlar son zamanlar Türkiyə və Azərbaycanın böyük dövlətlərin təzyiqi ilə problemin nizamlanmasında mövqe dəyişikliyi edə biləcəkləri barədə informasiyalar yayırdılar. Xüsusən qondarma erməni soyqırımının “yubileyi” ilə bağlı Ankaranın nələrəsə məcbur ediləcəyini yazırdılar.

Əslində, bütün bu iddiaların cavabını R.T.Ərdoğan Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbiri aprelin 24-ü tarixinə təyin etməklə vermişdi. Həmin tədbirə Azərbaycan Prezidentinin də dəvət edilməsi ortaq maraqların böyük təntənəsini ifadə edir.

Strateji hədəflər: müstəqil siyasətin üstünlükləri

Bütün bunlar Ankarada imzalanan sənədlərin konkret məzmunu ilə strateji məqsədlər arasında sıx əlaqənin olduğunu təsdiqləyir. Tərəflər siyasi, enerji, hərbi, nəqliyyat sahələri ilə yanaşı, maliyyə və gömrük sferalarında da əlaqələri yeni səviyyəyə yüksəltmək barədə ortaq mövqeyə gəliblər.

Burada maliyyənin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, terrorun maddi qaynaqlarına qarşı birgə fəaliyyət nəzərdə tutulur. Həmin aspektlərin indi nə qədər aktual olduğu məlumdur. Belə görünür ki, iki ölkə daim strateji hədəflərə uyğun hərəkət edir, əməkdaşlığa çox ciddi məzmun verirlər. Bu baxımdan hərbi sahədəki əlaqələr də maraq doğurur.

Azərbaycan Prezidenti Ankarada açıq bəyan etdi ki, “Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, öz hərbi sənayemizin inkişafına da böyük diqqət yetirilir”. Bu, o deməkdir ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı yalnız silah satışı ilə məhdudlaşmayıb, həm də qarşılıqlı şəkildə hərbi qüdrətin artmasına xidmət edir. Daha təcrübəli dövlət kimi Türkiyə tərəfi həmin sahədə Azərbaycana istənilən dəstəyi verir. Cənubi Qafqazda ikinci elə bir ölkə yoxdur ki, böyük güclərlə analoji məzmunda hərbi əməkdaşlıq strategiyasına malik olsun.

Yuxarıda vurğulanan məqamlardan aydın görünür ki, Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri zamanı nəinki bu gün aktual olan, eyni zamanda, strateji əhəmiyyət kəsb edən məsələlərə toxunulub. Bu səfərin region üçün çox ciddi müsbət nəticələr verəcəyi şübhəsizdir. Burada əsas olaraq iqtisadi, enerji, nəqliyyat, elm, mədəniyyət və təhlükəsizlik sahələrini qeyd etmək lazımdır. Çünki söhbət iki qonşu dövlətin regionun sabitliyi və sürətli inkişafı üçün gəldikləri razılıqdan gedir. Onlar Gürcüstanı da bu proseslərdən kənarda qoymurlar. Ankaradakı müzakirələrdə epizod kimi bu məsələ də xatırlanılıb. İstisna yalnız Ermənistandır.

Türkiyə və Azərbaycanın İrəvanın təcavüzkarlıq planlarından əl çəkməyəcəyi halda onunla əlaqə yaratmayacaqlarını bir daha bəyan etmələri təhlükəsizlik aspektinə çox böyük önəm verildiyini göstərir. Bu, həm də iki dövlətin sistemli və ardıcıl olaraq əməkdaşlıq kursu yeritdiklərini sübut edir. Həmin kontekstdə bir vacib məqamı da vurğulamaq yerinə düşər.

Türkiyədə aparılan danışıqlar Prezident İlham Əliyevin dövlətçilik, milli maraqların qorunması, Azərbaycanın hər zaman müstəqil ölkə kimi tanınması istiqamətində böyük zəhmət sərf etdiyini növbəti dəfə təsdiqlədi. Məsələ burasındadır ki, dövlət başçısının qarşılanma mərasimindən tutmuş nail olunan razılıqların məzmununa qədər bütün detallar İlham Əliyevin dövlətçiliyə yüksək sədaqətini nümayiş etdirirdi. Türkiyə Prezidentinin ifadə etdiyi fikirlərdən də bunu açıq duymaq mümkün idi. Düşünürük ki, məhz bu səbəbdən, mütəxəssislərin də ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın olan ikinci nümunə tapmaq mümkün deyil.

Həmin müstəvidə Türkiyə rəhbərliyinin Azərbaycan tərəfini bu il keçiriləcək “Böyük iyirmilik” (G-20) sammitinə dəvət etməsini qürurla xatırlamaq yerinə düşərdi. Doğrudan da, müstəqilliyini əldə etmiş bir ölkə kimi dünyanın ən güclü 20 iqtisadiyyatı sıralarına qatılmaq şansı yüksək qiymətləndirilməlidir.

Əgər Azərbaycan rəhbərliyi müstəqil xarici siyasət yeritməsəydi, böyük enerji layihələrinin təşəbbüskarı olmasaydı, regionda səmimi əməkdaşlığa can atmasaydı, bu gün heç kəs onu etibarlı tərəfdaş kimi qəbul etməzdi. Bunun fonunda, mövzuya birbaşa aidiyyəti olmasa da, bir faktı xatırlamağa ehtiyac duyuruq. Biz son vaxtlar ABŞ-ın siyasi dairələrindən Azərbaycana qarşı qərəzli fikirlərin, ittihamların səslənməsini nəzərdə tuturuq. Prezident İlham Əliyevin Türkiyəyə səfəri tam sübut etdi ki, bu kimi ittihamlar tamamilə süni xarakter daşıyır və əks tərəfin səmimi olmadığını göstərir.

Beləliklə, dövlət başçısının son Türkiyə səfəri yalnız iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsini ifadə etmir. Onun geosiyasi əhəmiyyəti qlobal miqyasda özünü göstərməkdədir. Belə demək mümkündür ki, artıq regionda müxtəlif istiqamətlərdə cərəyan edən proseslərə Azərbaycan-Türkiyə tandeminin təsiri daha da artacaqdır. Türkiyə mediasının yazdığı kimi, Prezident İlham Əliyevin Ankaraya səfəri regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdi. Bu, hamıya nəsib olmayıb tarixdə xüsusi hallarda baş verir. Bu gün Azərbaycan rəhbərliyi buna nail olubsa, deməli, çox möhtəşəm bir uğura imza atıb.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb