Ankarada Türkiyə-Liviya münasibətləri müzakirə olunub
Ankara, 4 iyun, AZƏRTAC
Liviyanın Baş Naziri Fayiz es-Serrac Türkiyəyə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, ali qonaq Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərə görüşüb. Görüşdə Türkiyə-Liviya münasibətləri müzakirə olunub.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan və Baş Nazir Fayiz es-Serrac birgə mətbuat konfransı keçiriblər.
Türkiyənin Liviyadakı qanuni hakimiyyəti, o cümlədən xalqın maraq və mənafelərini sona qədər müdafiə edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarına əsaslanır.
Ölkəsində baş verən proseslərdən bəhs edən Baş Nazir Fayiz es-Serrac göstərdiyi hərtərəfli dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.
Mətbuat konfransında Xəlifə Həftarın qanunsuz silahlı fəaliyyəti kəskin şəkildə pislənilib.
Diqqətə çatdırılıb ki, məlum pandemiya ilə mübarizə, təbii ehtiyatların işlənməsi, o cümlədən digər sahələrdə strateji əməkdaşlıq məsələlərində tərəflərin mövqeyi dəyişməzdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]