Ankarada Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub
Ankara, 12 dekabr, АZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ankarada yerləşən Heydər Əliyev Parkında ucalan Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyinin kollektivi, ölkəmizin Türkiyədə fəaliyyət göstərən digər dövlət qurumlarının təmsilçiləri Ulu Öndərin heykəli önünə əklil qoyub, xalqımızın xilaskar oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara