Ankaranın Kızılcahamam rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi olmuşdur
Ankara, 25 fevral (AZƏRTAC). Ankaranın Kızılcahamam rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi olmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Gənclik Təşəbbüsləri İctimai Birliyi və Kızılcahamam bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş mərasimdə səfir Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal çıxış etmişlər.
Q.Paşayeva bildirmişdir ki, Xocalı şəhidlərinin ruhu sağ qalanlara “bizi unutmayın və unutdurmayın”, bizi qətlə yetirənlər ədalət qarşısında hesab versinlər deyir. Gələn il açılışı olacaq bu abidə də gələcək nəsillərə bu faciəni unutmamaq üçün bir yadigar olacaqdır. Biz istəyirik ki, Azərbaycan və Türkiyə əl-ələ versin, torpaqlarımızı da işğaldan qurtaraq.
N.Ünüvar da çıxışında Xocalı faciəsinin unudulmamasının zəruriliyini bildirmişdir. Çünki, beləliklə, gələcəkdə yaşanacaq bu cür qətliamların da qarşısı alınardı.
Natiqlər rayon mərkəzində bu abidənin ucaldılmasına yer ayırdığı üçün Kızılcahamam bələdiyyəsinə təşəkkür etmiş, heykəlin təməlini qoymuşlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]