ANTALYADA TOXUM TİCARƏTİ MƏSƏLƏLƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri mütəxəssislərinin dəvət olunduğu həmin tədbirdə ölkəmizi Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev təmsil etmişdir. O, Türkiyə Toxum Sənayesi Assosiasiyası və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İKARDA) təşkil etdiyi tədbirdə ölkəmizdə toxum istehsalı və tədarükü barədə məlumat vermişdir.