Aparıcı tur şirkətləri “Caspian Sea Resort”da
Bakı, 22 aprel, AZƏRTAC
Nabranda yerləşən “Caspian Sea Resort” oteli yay sezonu üçün açılıb.
Bu barədə AZƏRTAC-a Synergy Group ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə çıxış edən hotel direktoru Timur Coşkun bildirib ki, 2016-ci ilin yayında Nabranda yerləşən “Caspian Sea Resort” yeni konsepsiyanı təqdim edəcək. Əsas məqsədimiz qonaqlarımızın səviyyəli istirahətinə şərait yaratmaqdır. Onu da qeyd etmək lazımdır ki, yeni konsepsiya və proqram qonaqlarımızın maddi vəziyyətini optimallaşdırmasına müsbət təsir edəcəkdir.
Ölkənin turizm potensialından söz açan “Gerso” turizm şirkətinin rəhbəri Rəvan Qulamlı qeyd edib ki, son zamanlar azərbaycanlılar artıq yerli istirahət mərkəzlərini seçir. O, ailəvi istirahətin ideal məkanı olan “Caspian Sea Resort”un qarşıdan gələn yay sezonunda xarici qonaqların da üz tutduğu hotel olacağına əminliyini ifadə edib.
Hotel rəhbərliyi açılışla bağlı Azərbaycanın öndə gedən tur şirkətlərini bir günlük istirahətə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]