APL: Ötən mövsüm meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Premyer Liqasının (APL) 2025/2026-cı illər mövsümündə meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ən gənc oyunçusu "Kəpəz"in üzvü Raul İsaqov olub. Hücumçu XXXII turun "Araz-Naxçıvan"la görüşünün (0:2) 81-ci dəqiqəsində meydana daxil olaraq Premyer Liqada debüt edib. O, həmin vaxt 16 yaş 162 günlük olub.
Mövsümün ən yaşlı futbolçusu isə "Zirə"nin kapitanı Stefan Aka olub. Təcrübəli müdafiəçi XXXIII turda “İmişli”yə qarşı keçirilən matçda meydana çıxarkən 35 yaş 219 günlük olub. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]