APREL AYINDA AZƏRBAYCANDA 414 MİLYON KUBMETRDƏN ARTIQ TƏBİİ QAZ HASİL EDİLMİŞDİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən ay dənizdəki və qurudakı yataqlardan nəzərdə tutulduğundan 18,8 milyon çox, 414,6 milyon kubmetr təbii qaz hasil edilmişdir.
Hasilat qazının 326,8 milyon kubmetri ARDNŞ-in müvafiq strukturları tərəfindən çıxarılmışdır. Mavi yanacağın 316,3 milyon kubmetrini “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələri, 10,5 milyon kubmetri isə qurudakı yataqlarda fəaliyyət göstərən müştərək müəssisə və əməliyyat şirkətləri tərəfindən hasil edilmişdir.
Ötən ay “Çıraq” yatağından çıxarılan qazın da həcmi artmışdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin subyektləri tərəfindən ay ərzində yataqdan 87,8 milyon kubmetr qaz çıxarılmışdır ki, bu da aylıq proqnozdan 13,3 milyon kubmetr çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]