APREL AYINDA DÖVLƏTƏ 729 MİN TONDAN ARTIQ XAM NEFT TƏHVİL VERİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin aprel ayında respublikanın neft-qazçıxarma strukturları dövlətə 729,6 min ton xam neft təhvil vermişdir ki, bu da nəzərdə tutulandan 20,5 min ton çoxdur.
Dövlətə təhvil verilən neftin 658,1 min tonu “Azneft” istehsalat Birliyinin payına düşür. Birliyin neft-qazçıxarma idarələri aylıq tapşırığa 101,5 faiz əməl etmişdir.
Qurudakı mədənlərdə fəaliyyət göstərən müştərək müəssisə və əməliyyat şirkətləri aylıq proqnozu artımla başa vurmuş, dövlətə 60,7 min ton əvəzinə 71,5 min ton xam neft təhvil vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]