Aprel-may aylarında çaylarda daşqın və sellərin olacağı gözlənilir
Bakı, 31 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda 2012-ci ilin aprel-iyun ayları üçün yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ və transsərhəd çaylarının, daşqın hadisələrinin axım proqnozunu hazırlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayından Şəmkir su anbarına axım normanın 108-126, Qanıx çayından Mingəçevir su anbarına 124-158, Araz çayından Araz su anbarına isə 101-121 faizini təşkil edəcəkdir.
Proqnoza əsasən, Böyük Qafqazın cənub-qərb yamacı çaylarında sululuğun normanın 125-165, şimal-şərq yamacı çaylarında 100-120, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR çaylarında 105-115, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-100 faizini təşkil edəcəyi gözlənilir.
Aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi, yüksək dağlıq ərazilərdə qarın əriməsi, gözlənilən leysan xarakterli yağışlar çaylarda daşqın və sellərin olacağı ehtimalını artırır.
Eyni zamanda, aprel ayında temperaturun normadan yuxarı olması, Böyük Qafqazın cənub-qərb ərazilərinə düşən qarın ərimə dinamikasının artması, aprel-may aylarının bəzi günlərində intensiv yağışların yağması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsinin qalxması və bəzi ərazilərdə subasma hallarının baş verməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]