Aprelin 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Gecə səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 8-10° isti, günün birinci yarısında 16-21° isti, axşama doğru 13°-dək isti olacaqdır.
Bakıda gecə 8-10° isti, günün birinci yarısında 16-21° isti, axşama doğru 13°-dək isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6° , gündüz 17-22° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0- 3° isti, gündüz 8-13° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-5° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° , gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-8° , gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.