Aprelin 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı vardır.
Temperatur gecə 6-8°, gündüz 12-15° isti təşkil edəcəkdir.
Bakıda gecə 6-8° , gündüz 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12° isti, gündüz 20-25° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, duman olacaqdır.
Temperatur gecə 1-5° isti, gündüz 12-16° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, duman olacaqdır.
Temperatur gecə 6-9° isti, gündüz 17-22° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qlsamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 11-16° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 7-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-6° isti, gündüz 15-17 ° isti təşkil edəcəkdir.