Aprelin 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 7-9°, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 20-22° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 6-11° isti, gündüz 20-25°, bəzi yerlərdə 28°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı vardır.
Temperatur gecə 1-5° , gündüz 13-18° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaqdır.
Temperatur gecə 6-10°, gündüz 18-23° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 12-17° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 6-11° , gündüz 21-26° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 7-11° , gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 15-19° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin dəyişikliyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.