Aprelin 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10° isti, günün birinci yarısında 16-21° isti, axşama doğru 13°-dək isti olacaqdır.
Bakıda gecə 7-9° isti, günün birinci yarısında 18-20° isti, axşama doğru 13°-dək isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Axşam dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaqdır. Axşam dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 6-10°, gündüz 14-19° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Axşam dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 5-10° isti, gündüz 19-24° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 21-də bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Aprelin 20-si gündüzdən 22-si səhərədək şimal-qərb küləyinin arabir bəzi yerlərdə güclənəcəyi gözlənilir. 22-23-də gecə və səhər fasilələrlə yağış yağacağı ehtimal olunur. 21-22-də temperatur ötən günlə müqayisədə 5-8° aşağı enəcəkdir.