Aprelin 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı gözlənilir.
Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcəkdir.
Bakıda gecə 5-7 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaqdır.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət 70-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti təşkil edəcək, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaqdır.