Aprelin 22-də Azərbaycan ərazisində hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcəkdir.
Bakıda gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaqdır.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
İfrat təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin aprelin 21-i axşamdan 22-si axşamadək daha da şiddətlənəcəyi, küləyin arabir maksimal sürətə çatacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda iqlim normasından aşağı temperatur və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri nisbətən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək, dağlarda gecə 1-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaqdır.