Aprelin 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-7° isti, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 5-7° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 55-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, axşam və gecə bəzi yerlərdə yağıntılı olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 10-15° isti təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.