Aprelin 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Axşam yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Temperatur gecə 5-9° isti, gündüz 12-16° isti olacağı gözlənilir.
Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.