Aprelin 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperatur gecə 5-8° isti, gündüz 16-21° isti olacaqdır.
Bakıda gecə 6-8° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 765 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3-8° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 10-15° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-8° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-4° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 6-dan 8-dək Abşeron yarımadasında mülayim temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olması ilə yanaşı, aprelin 6-sı və 7-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.