Aprelin 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində
intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-7°, gündüz 10-15° isti təşkil edəcəkdir.
Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturu gecə 3-8°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. İntensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-8° , gündüz 11-16° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 5-8°, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.