Aprelin 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, yağış yağacağı, aprelin 6-dan 7-nə keçən
gecə yarımadanın bəzi yerlərində intensiv olacağı,
gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 5-7°, gündüz 11-16° isti olacaqdır.
Bakıda gecə 5-7°, gündüz 14-16° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək, əsasən yağmursuz keçəcəkdir.
Temperaturu gecə 2-7°, gündüz 19-24° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperaturu gecə 4-7°, gündüz 11-16° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturu gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəkdir. Temperatur gecə 4-8° , gündüz 12-17° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 6-9°, gündüz 12-16° isti, dağlarda gecə 1-5° isti, gündüz 9-12° isti olacaqdır.