AQROTEXSERVİS ŞƏBƏKƏSİNİN YARADILMASI ÜÇÜN 100 MİLYARD MANAT VƏSAİT AYRILACAQDIR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan hökuməti fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı sahəsində yaranan problemləri nəzərə alaraq müasir aqrotexservis şəbəkəsi yaratmağı qərara almışdır. Bunun üçün 2005-ci ilin dövlət büdcəsindən 100 milyard manat vəsait ayrılacağı nəzərdə tutulmuşdur. Bundan başqa, regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması sahələrinin inkişafı stimullaşdırılacaq, onların ixracına dövlət himayəsi artırılacaq, maliyyə-kredit xidmətləri şəbəkəsi genişləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:04]
“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
- 06.10.2026 [14:56]