AQTA sədri sahibkarlarla görüşəcək
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 13-ü saat 14:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışanlar onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 12-dək qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]