AQTA sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 21-i saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Yevlax, Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 20-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]