AQTİ mütəxəssisləri beynəlxalq standartların tətbiqi ilə bağlı təlimə cəlb edilib
Bakı, 15 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTI) mütəxəssislərinin yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, ISO-17025:2017 beynəlxalq “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” mövzusunda növbəti təlim institutun tabeliyində fəaliyyət göstərən region sınaq laboratoriyalarında çalışan laboratoriya mütəxəssislərinə keçirilib.
Təlimdə laboratoriyalarda qarşılaşa bilinəcək risk faktorları, həyata keçirilən analizlərin keyfiyyətinə nəzarət, sınaq və ölçü vasitələrindən düzgün istifadə qaydaları, keyfiyyət idarəetmə sisteminin təşkilində sənədləşmənin əhəmiyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]