“ARAZ” FUTZAL KOMANDASI İLK OYUNDA MƏĞLUB OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakı İdman Sarayında futzal üzrə UEFA Kubokunun əsas mərhələsi çərçivəsində Azərbaycanın “Araz” komandası İtaliyanın “Luparense” klubu ilə qarşılaşmışdır.
Oyun “Araz” komandasının üstünlüyü ilə keçsə də, italyanların fiziki hazırlıq səviyyəsi açıq-aşkar özünü göstərmişdir. Oyun “Luparense” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdır.
“Slov-Matik” (Slovakiya) -“Kamelot” (Moldova) komandalarının qarşılaşmasında isə hesab slovakiyalıların 6:2 hesablı qələbəsi ilə başa çatmışdır.
Sentyabrın 11-də “Araz” Moldovanın “Kamelot”, ayın 13-də isə Slovakiyanın “Slov-Matik” komandaları ilə görüşəcəkdir.
UEFA Kubokunun əsas mərhələsi çərçivəsində digər qarşılaşmalar “Luparense” (İtaliya)-“Slov-Matik” (Slovakiya) və “Kamelot” (Moldova)-“Luparense” (İtaliya) komandaları arasında olacaqdır.
Oyunların hakim-inspektoru sloveniyalı Silvio Baroşak, UEFA nümayəndəsi ukraynalı Sergey Lisençuk və turnirin inzibatçısı ispaniyalı Viktor Beseyrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]