“Araz-Naxçıvan” daha bir futbolçunun transferini açıqlayıb
Bakı, 7 avqust, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda 31 yaşlı cinah müdafiəçisi Slavik Alxasovla anlaşıb. Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transferi dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]