Arda Turan karyerasını Çində davam etdirə bilər VİDEO
Bakı, 13 yanvar, AZƏRTAC
Çin Super Liqası güclənməkdə davam edir.
AZƏRTAC “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, keçən mövsüm 40 milyon avroya Madridin “Atletiko” komandasından “Barselona”ya keçən Arda Turan daha bir transfer astanasındadır. Katalon klubunun türkiyəli futbolçusu Arda Turan karyerasını Çində davam etdirə bilər.
O, Çinin “Şanxay Şenxua” klubu ilə razılığa gəlib. Üçillik müqaviləyə əsasən, Ardanın Çində bir mövsüm üçün məvacibi 20 milyon avro təşkil edəcək. Hazırda “Şanxay Şenxua”nın “Barselona” ilə yekun məbləğə dair danışıqlar apardığı bildirilir. Tərəflər 29 yaşlı futbolçunun transferi üçün nə qədər kompensasiya ödəniləcəyini müzakirə edirlər.
2015-ci ildən İspaniya təmsilçisinin heyətində çıxış edən Arda cari mövsümdə 21 oyun keçirib. Onun aktivində 11 qol və 7 məhsuldar ötürmə var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]