ARDNŞ GÜRCÜSTANDA YANACAQDOLDURMA STANSİYALARI ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda yanacaqdoldurma stansiyaları şəbəkəsini genişləndirir.
Bu günlərdə ölkənin əsasən azərbaycanlılar yaşayan Kvemo Kartli-Borçalı bölgəsində daha iki yanacaqdoldurma stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bu ilin sonunadək həmin stansiyaların sayı 20-dən çox olacaqdır.