Argentina portalı yəhudilərin Azərbaycandakı həyat və fəaliyyətləri barədə məqalə yayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin “Yəhudilərin Azərbaycandakı həyatı” (“La vida de los judíos en Azerbaiyán”) adlı məqaləsi Argentinanın “visavis.com.ar” portalında dərc edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqalədə yəhudilərin Azərbaycanda məskunlaşma tarixi, müasir dövrdə yəhudi dini icmalarının ölkəmizdəki fəaliyyəti, o cümlədən Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunov, həmçinin Azərbaycan dövlətçiliyi barədə məlumatlar verilib.