ARIÇILIQ TƏSƏRRÜFATLARI YARADILIR
Ağsu rayonunda son illər arıçılıq inkişaf etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dağlıq və düzən əraziləri olan bölgədə bu nadir və iqtisadi baxımdan çox sərfəli olan sahənin inkişafı üçün gözəl şərait vardır. Təsadüfi deyildir ki, rayonda arıçılıq təsərrüfatları ildən-ilə artır, bu sahə ilə məşğul olanlar çoxalır. Təkcə son vaxtlar burada yaradılmış fiziki şəxs statuslu 4 arıçılıq təsərrüfatında 260 arı ailəsi bəslənir.
Hazırda bölgədə 2160-dan artıq arı ailəsi vardır. Peşəkar arıçılar nəinki təsərrüfatların genişləndirilməsi, habelə daha məhsuldar arı ailələrinin yetişdirilməsi sahəsində səmərəli tədbirlər həyata keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]