Arkadi Naydiç ikinci turda rusiyalı şahmatçı ilə qarşılaşacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Men adasında İsveçrə sistemi üzrə iri beynəlxalq şahmat turniri davam edir. Turnirdə 35 ölkədən 161 şahmatçı iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Isle of Man Open - Masters 2017” çox güclü heyət toplayıb. Turnirdə üçü qadın olmaqla, 70-dən çox beynəlxalq qrossmeyster təmsil olunub. 38 qrossmeysterin reytinq xalı 2600-dən çoxdur.
Azərbaycan idmanının şərəfini Arkadi Naydiç qoruyur. İştirakçıların ilkin siyahısında ilk yerlərdə Maqnus Karlsen, Vladimir Kramnik, Fabiano Karuana, Vişvanatan Anand, Hikari Nakamura, Maykl Adams, Boris Gelfand, Pavel Elyanov, Fransisko Valyexo qərarlaşıblar.
İki turdan sonra hər biri 2 xal toplayan 20 şahmatçı irəlidədir. 34 şahmatçının, o cümlədən Azərbaycan təmsilçisinin hər birinin aktivində 1,5 xal var.
Üçüncü turun püşkatmasının nəticələrinə görə, Arkadi Naydiç qara fiqurlarla rusiyalı şahmatçı Aleksandra Kostenyuk ilə qarşılaşacaq.
Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Mükafat fondu 130000 funt sterlinq təşkil edir. Üç əsas mükafat - 50000, 25000 və 12500 funt sterlinq nəzərdə tutulub.
Vaxta nəzarət birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla, 40 gediş üçün 100 dəqiqə, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonuna qədər 15 dəqiqədir.
Turnirin qalibi oktyabrın 1-də müəyyən olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]