Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artıq Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması zamanı gəlib çatmışdır

Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən layihələr beynəlxalq aləmdə dövlətimizi sabit və etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu strategiyanın təməlində 1994-cü il sentyabrın 21-də dünyanın tanınmış neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyada artıq yeni zaman - Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması dövrü gəlib çatmışdır. Bu gün Azərbaycanın nefti və qazı 7 kəmər vasitəsilə müxtəlif ölkələrə ixrac olunur. Qədim neft diyarı kimi bütün dünyada məşhur olan Azərbaycan artıq beynəlxalq bazarda özünü həm də yeni təbii qaz mənbəyi, etibarlı və təhlükəsiz “mavi yanacaq” təchizatçısı kimi təqdim etmişdir. Hazırda Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır.

Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza “Cənub qaz dəhlizi” layihəsi üçün əsas mənbə kimi baxılır. “Şahdəniz-2” layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanılması planlaşdırılır.

Azərbaycan müstəqillik illərində qaz ehtiyatlarının kəşfi sahəsində əldə etdiyi uğurlar təkcə “Şahdəniz”lə yekunlaşmır. Müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) öz gücü ilə kəşf etdiyi ilk qaz yatağı olan “Ümid”, əslində, düzgün də adlandırılmışdır. İlkin hesablamalara görə, “Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Bundan başqa, buraya “Babək” strukturundakı 400 milyard kubmetr qaz və 80 milyon ton kondensatı, həmçinin ilkin hesablamaları aparılan “Abşeron” yatağındakı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensatı, “Naxçıvan” perspektiv strukturundakı 300 milyard kubmetr qaz, 40 milyon ton kondensatı, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən 360 milyard kubmetr qaz ehtiyatını da əlavə etsək kifayət qədər böyük rəqəmin alındığını görərik. Bu isə ölkəmizin böyük qaz ixracatçısı kimi dünya bazarlarına yol axtarmasına zəmin yaradır.

Qeyd edək ki, 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağına zəmanət verir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusən böyük əhəmiyyət kəsb edir. Əsas bazarı Rusiya olan Avropa, nəql olunan qazı bir mənbədən almaq istəmir. Çünki bir mənbədən asılı olmaq onlar üçün heç də sərfəli deyildir. Yaxın keçmişdə Ukrayna ilə Rusiya arasında yaşanan qaz böhranını nəzərə alsaq, Avropa qaz nəqlinin şaxələndirilməsində maraqlıdır. Çünki onlar yenidən soyuq qış günlərində “donmaq” istəmirlər. Həmçinin ixrac marşrutlarının şaxələndirilməsi Azərbaycanın da milli maraqlarına cavab verir. Dünyada yaranmış yeni vəziyyətdən və ölkədə istehsal olunan təbii qazın həcminin sürətlə artmasından, yeni böyük yataqların kəşf olunmasından sonra qazın nəqli ilə bağlı müzakirələr daha da intensivləşmişdir. Son vaxtlar region ölkələrinin gündəmində duran məsələlərdən biri də Xəzər qazının Avropaya hansı marşrutla nəql olunacağıdır.

Aparılan hesablamalara görə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55 milyard kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Nəql olunacaq təbii qaz mənbələrinə tək ölkəmizin ehtiyatları deyil, qonşu ölkələr - Türkmənistan və Qazaxıstandan tranzitlə göndəriləcək qaz da daxildir. Burada Azərbaycan və Türkmənistan arasında “Transxəzər” qaz kəmərinin tikintisi ilə bağlı kifayət qədər ümidverici danışıqların getdiyini də vurğulamaq yerinə düşərdi. Artıq Xəzər qazının Avropaya çatdırılması üçün yeni layihələr haqqında düşünməyin vaxtı çoxdan yetişmişdir.

Xatırladaq ki, 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyev ilə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bəyannamə Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir. Qeyd edək ki, “Cənub qaz dəhlizi” çərçivəsində ölkəmizə bir neçə nəql marşrutu təqdim olunmuşdur. Onlardan da biri italyan bəstəkar Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan “Nabukko”dur. “Nabukko” qaz kəməri Xəzər regionundan təbii qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya nəql edəcəkdir. Layihənin maksimum gücü ildə 31 milyard kubmetrdir. Digər bir layihə isə ITGI (Interconnector Turkey-Greece-Italy) qaz kəməridir. Bu kəmər sonradan genişlənmək imkanı ilə ilkin olaraq 10 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. ITGI qaz kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstana, sonra isə İtaliyaya qədər uzanacaqdır. Üçüncü layihə Transadriatik qaz kəməridir (TAP). Başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçərək daha sonra İtaliyayadək uzanacaq kəmərin ilkin buraxılış qabiliyyətinin ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr qaz təşkil etməsi nəzərdə tutulur. Layihənin 2017-ci ilədək istismara verilməsi nəzərdə tutulur.

Onu da vurğulamaq yerinə düşərdi ki, bp şirkəti də “Cənub-Şərqi Avropa boru kəməri” (SEEP) alternativ təbii qaz xətti layihəsini irəli sürmüşdür. Layihəyə əsasən, 2018-ci ildən başlayaraq ildə 10 milyard kubmetr həcmində qazın artıq mövcud qaz kəmərləri ilə əvvəlcədən magistral boru kəmərləri ilə birləşən Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Xorvatiyaya nəqlini həyata keçirməyi nəzərdə tutur.

Hazırda “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üzrə marşrutun müəyyən olunması üçün təqdim olunan boru kəməri layihələri ilə bağlı təklifləri nəzərdən keçirir. Göründüyü kimi, İTGİ və TAP İtaliyaya, digər iki layihə isə Mərkəzi Avropaya istiqamətlənmiş qaz kəmərləridir. Artıq “Şahdəniz” konsorsiumu ilkin mərhələdə İtaliya istiqamətində olan qaz kəməri layihəsini - İTGİ və TAP-ı dəyərləndirmişdir. Bu iki potensial layihədən İTGİ konsorsiumunun qabaqcadan elan etdiyi meyarlara uyğun gəlmədiyi üçün, proses bundan sonra TAP ilə davam etdiriləcəkdir. Növbəti mərhələdə isə Mərkəzi Avropaya yönəlmiş iki potensial layihə - “Nabukko” və SEEP dəyərləndiriləcəkdir.

Konsorsiumun ITGI ilə bağlı qərarı açıqlandıqdan sonra hazırda gündəmdə üç variant - TAP, “Nabukko” və SEEP layihələri qalmışdır. Qabaqcadan elan olunmuş meyarlar üzrə keçirilən dəyərləndirmələr üzrə yekun qərarın isə gələn il verilməsi gözlənilir.

Bundan başqa, 2010-cu ilin aprelində Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı “Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında” Memorandumun imzalanması Avropa ölkələrinə qaz tədarükü sahəsində yeni imkanların yaranmasından xəbər verir. AGRI layihəsi Xəzər bölgəsində hasil edilən təbii qazın Azərbaycan və Gürcüstan ərazisindən nəql edilərək mayeləşdirilməsini, daha sonra Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana, potensial olaraq digər Avropa bazarlarına daşınmasını nəzərdə tutur.

Son olaraq, ötən il dekabrın 26-da Azərbaycan ilə Türkiyə arasında imzalanan “Transanadolu təbii qaz boru kəmərini (TANAP) də vurğulamaq istərdim. “TANAP” layihəsi ilə Azərbaycanda hasil olunan təbii qaz Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql olunacaqdır. Layihə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcəkdir. Layihə üzrə hazırda əməli işlər həyata keçirilir. Kəmərin ötürmə gücünün artırıla biləcəyini də nəzərə alsaq, “Transanadolu” qaz boru kəmərinin Azərbaycan üçün perspektivli layihə olduğunu görərik. Çünki Azərbaycan, qazı öz kəməri vasitəsilə Türkiyənin qərb sərhədlərindən birbaşa avropalı istehlakçılara satmaq imkanı əldə edəcəkdir. Həqiqətən də bu layihə indiyədək neft ixracatçısı kimi tanınan Azərbaycanı beynəlxalq əhəmiyyətli qaz ixracatçısına çevirəcəkdir.

Göründüyü kimi, Avropa dövlətlərinin və Azərbaycanın qazın şaxələndirilmiş yollarla nəqli barədə mövqeləri üst-üstə düşür, artıq bu istiqamətdə iddialı layihələr də mövcuddur. Bütün bu layihələr Xəzər qazının, xüsusən də Azərbaycanda hasil olunacaq “mavi yanacağ”ın dünya bazarlarına nəqlini nəzərdə tutur. Azərbaycan necə ki, neftin dünya bazarlarına çıxarılmasında önəmli və etibarlı tərəfdaş statusunu qazanmışdırsa, artıq yeni dövrdə qaz sahəsində də o statusu qazanmaqdadır. Bəli, bütün proseslər Azərbaycanda hasil olunacaq qazın Avropaya çatdırılması istiqamətində gedir. Artıq əminliklə demək olar ki, yaxın gələcəkdə Avropa Azərbaycan qazı ilə isinəcəkdir. Bu isə, Azərbaycana əlavə üstünlüklər qazandıracaqdır.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb