Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzuların, ümidlərin korpüsü
Sədərək- Dilucu körpüsünün açılışından 19 il ötür

Naxçıvan, 29 may (AZƏRTAC). 1990-cı ildə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan ulu öndər Heydər Əliyevin dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsildikdən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan əhalisi çıxış yolu tapa bilmirdi. Ümummilli lider Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də Naxçıvana qayıdışı nəticəsində muxtar respublika işğal, əhalisi isə qaçqın ömrü yaşamaq təhlükəsindən xilas oldu.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edildi, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görüldü, Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı.

Həmin dövrdə Naxçıvanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri Araz çayı üzərində Türkiyə ilə Naxçıvanı bir-birinə bağlayan Sədərək-Dilucu körpüsünün inşa olunmasıdır. 1992-ci il may ayının 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.

Hələ 1992-ci ilin martında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ümummilli liderin bölgəni blokada məngənəsindən xilas etmək məqsədi daşıyan Türkiyə səfəri muxtar respublikanın ən zəruri ehtiyaclarının həlli baxımından uğurlu nəticələrlə yadda qalmışdır. Bu səfərdən sonra kommunikasiya, nəqliyyat və digər sahələrdə faydalı əməkdaşlığın əsası qoyulmuşdur. Bununla yanaşı, daha geniş xarakter alan dostluq münasibətlərinin dolğun şəkildə həyata keçirilməsində Sədərək-Dilucu körpüsünün açılışının da müstəsna əhəmiyyəti olmuşdur. Körpünün qısa zamanda tikilməsi o vaxtkı Türkiyə hökumətinin başçısı Süleyman Dəmirəllə ümummilli liderimiz Heydər Əliyevin dostluq münasibətlərinin bəhrəsi idi. Sədərək-Dilucu körpüsünün açılış mərasimində ümummilli liderimiz özünün təşəbbüsü ilə tikilmiş bu körpünü ölkələrimiz arasındakı 70 illik ayrılığı aradan qaldıran ümid, həsrət körpüsü adlandıraraq demişdir: “Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında “Ümid” körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq son 70 ildə bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. Son 70 ildə biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir”.

Naxçıvanla Türkiyə arasında salınmış Sədərək-Dilucu körpüsü ulu öndər Heydər Əliyevin naxçıvanlılara dar gündə təhlükəsiz həyat töhfəsi olmaqla, həm də bu bölgənin beynəlxalq aləmə ilk çıxış vasitəsi kimi yadda qalmışdır. Körpünün istifadəyə verilməsində o dövrdə Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin də misilsiz xidmətləri olmuşdur. O, Türkiyə Böyük Millət Məclisinin deputatlarından, hökumət üzvlərindən, ictimaiyyət və mətbuat nümayəndələrindən ibarət böyük bir heyətlə Naxçıvana gələrək Sədərək-Dilucu körpüsünün açılışında çıxış etmişdir. Təbii ki, körpünün tikilməsi və Süleyman Dəmirəlin də iştirak etdiyi açılış tədbiri regionun Sədərək sərhəd yaşayış məntəqəsinin erməni həmlələrinə məruz qaldığı vaxta təsadüf etdiyindən, əhali arasında əhval-ruhiyyənin yüksəlməsinə də ciddi təsir göstərmişdir.

Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edən ulu öndərimiz Heydər Əliyev çıxışlarının birində bu körpünün açılışı zərurətini belə xarakterizə etmişdir: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi, - bizi Türkiyədən ayırdılar, Türkiyə ilə bizim cəmisi 11 kilometr, o da Naxçıvanda, sərhədimiz var, bu sərhəddən Araz çayı keçir, heç bir şey mümkün deyildir, - bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Biz dostumuz Süleyman Dəmirəlin və Türkiyə hökumətinin himayəsi, köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı”.

Bir sıra politoloqlar, ekspertlər Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsini, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işləri şərh edərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyətini xüsusi vurğulayırlar. Azərbaycanla Türkiyə arasında reallaşdırılan nəhəng neft-qaz layihələrinin, nəqliyyat-kommunikasiya əlaqələrinin əsası məhz bu körpünün açılışı ilə qoyulmuşdur. Bu mənada Sədərək-Dilucu körpüsü təkcə XX əsrin 90-cı illərinin əvvəlində ağır blokada şəraitində yaşayan Naxçıvanın xilası naminə açılmamış, həm də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur. Bu körpü, eyni zamanda, Türkiyənin Şərq vilayətlərinin inkişafına da şərait yaratmışdır.

Həmin tarixi hadisənin baş verdiyi vaxtdan 19 il keçir. Ötən dövr ərzində Sədərək-Dilucu körpüsü qardaş ölkələr olan Türkiyə ilə Azərbaycan arasında etibarlı vasitəyə çevrilmişdir.

Əsası ulu öndərimiz tərəfindən qoyulan Türkiyə ilə dostluq, qardaşlıq əlaqələri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən enerji layihələri ölkələrimizin beynəlxalq nüfuzunun artmasına və dünyada söz sahibi olmasına şərait yaratmışdır. Bu əlaqələrin dinamikası Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapır.

Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvana Türkiyə Cümhuriyyəti daim diqqətlə yanaşmışdır. Türkiyə muxtar respublikaya verdiyi dəstəyi bu gün də davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfərləri, 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfəri, 2010-cu ildə Türkiyə Prezidenti Abdulla Gülün Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə iştirak üçün muxtar respublikaya gəlməsi, ötən il isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyəyə səfəri zamanı Qars müqaviləsinin bir daha gündəliyə gətirilməsi, əlaqələrin inkişafı istiqamətində əldə olunan razılaşmalar qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi dəyərin əyani ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Ali Məclisin sədri Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, dövlət naziri Hayati Yazıcı və Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirmişdir. Bu görüşlərin nəticəsi olaraq 2010-cu il iyulun 17-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz kəmərinin çəkilməsi barədə niyyət protokolu imzalanmışdır. 2010-cu il iyunun 24-də Türk Hava Yollarının “Anadolu JET” şirkəti ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında bağlanmış müqaviləyə əsasən İstanbul-Naxçıvan-İstanbul təyyarə reysi fəaliyyətə başlamışdır.

Ötən ilin oktyabrında Azərbaycan-Türkiyə biznes forumunun Naxçıvanda keçirilməsi iqtisadi əlaqələrin yeni müstəvidə inkişafı üçün əlverişli imkanlar açmışdır. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını xeyli artırmışdır. Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvan Azərbaycanın Türkiyə ilə yeganə sərhəd bölgəsi olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verir.

Qeyd etmək lazımdır ki, hazırda muxtar respublika ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir. Nəqliyyat-kommunikasiya sahəsindəki əlaqələr də getdikcə genişləndirilir. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə Naxçıvan -İstanbul-Naxçıvan, Naxçıvan-İqdır-Naxçıvan reysi ilə gündəlik avtobus marşrutları işləyir. Naxçıvan Muxtar Respublikası ərazisindən 126 kilometrlik fiberoptik kabel çəkilərək İran və Türkiyə şəbəkəsinə birləşdirilmişdir. Bundan başqa, səhiyyə, idman, mədəniyyət və turizm, energetika sahələrində əlaqələrin genişləndirilməsi də öz bəhrəsini verir.

Bu gün Türkiyə ilə Naxçıvan arasında, digər sahələrdə olduğu kimi, gömrük işi sahəsində də möhkəm əlaqələr mövcuddur. Son illər qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılmışdır. 1992-ci ildən Azərbaycanla Türkiyə arasındakı yeganə quru sərhəd əlaqəsini təmin edən Sədərək-Dilucu dövlət sərhəd buraxılış məntəqəsi 2008-ci il iyunun 1-dən etibarən 24 saatlıq iş rejimi ilə fəaliyyətini davam etdirir. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək məqsədilə beynəlxalq standartlara cavab verən Sədərək Gömrük-Keçid Kompleksi tikilərək istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi, “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirmiş, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstərmişdir”.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri­

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb