“ASAN könüllüləri” Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkiblər
Bakı, 14 may, AZƏRTAC
“ASAN könüllüləri” və ekokönüllülərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, nazirliyin təşkil etdiyi növbəti ağacəkmə tədbiri zamanı Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib.