“ASFALTDA RƏSM” UŞAQ MÜSABİQƏSİ
Mərkəzin proqramlar direktoru Sahib Musayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ənənəyə çevrilmiş bu tədbir Daun Sindromu Assosiasiyası ilə birlikdə keçiriləcəkdir. “Asfaltda rəsm” əlil uşaqların sağlam gənclər cəmiyyətinə inteqrasiyası istiqamətində yeganə aksiya deyildir. Qarşıdakı tədbirlərin proqramı kifayət qədər məzmunlu və maraqlıdır. Məsələn, “Lotos” mərkəzi saytının yaradılması layihəsi artıq yerinə yetirilir. Bununla əlaqədar olaraq, on layn rejimində “Əlil insanın hüquqları haqqında gənclərin maarifləndirilməsi” mövzusunda müsabiqə keçirilir. Müsabiqənin nəticələri dekabrda Mərkəzin yeni yaradılmış saytının səhifələrində yerləşdiriləcəkdir.