ASİYA İNKİŞAF BANKI DAHA BİR LAYİHƏNİ UĞURLA DAVAM ETDİRİR
Müxtəlif hökumət qurumlarından olan təqribən 40 nəfərin iştirak etdiyi seminarda “Makroiqtisadi modelləşdirmə” və “İqtisadi siyasətin təhlili” mövzusunda mühazirələr dinlənilmişdir. Dərsləri London Universitetindən dəvət olunmuş müəllimlər aparmışlar.
Layihənin direktoru Vaqif Rüstəmovun dediyinə görə, həmin proqram çərçivəsində keçiriləcək kurslar mərhələlərlə 2008-ci ilin mart ayına qədər davam edəcəkdir.
Növbəti mərhələ noyabrda başlanacaqdır.