ASİYA İNKİŞAF VƏ İSLAM İNKİŞAF BANKLARI 4 MİLYARD DOLLAR VƏSAİT AYIRACAQLAR
AZƏRTAC xəbər verir ki, Asiya İnkişaf Bankı ilə İslam İnkişaf Bankı Mərkəzi Asiya və Yaxın Şərqdə reallaşdırılacaq layihələrə sərmayə qoymaq üçün saziş imzalamışlar.
Sazişə əsasən, yaxın üç il ərzində hər iki beynəlxalq maliyyə təsisatı tərəfindən Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanda həyata keçiriləcək infrastruktur və təhsil layihələrinə, həmçinin səhiyyənin inkişafına ümumilikdə 4 milyard dollar vəsait ayrılacaqdır.