AŞPA-nın payız sessiyası öz işinə başlayıb
Yığıncağı açan AŞPA-nın sədri xanım Ann Brassör Assambleyanın Norveçin paytaxtı Osloda 60 ölkənin parlament rəhbərləri və senatorlarının iştirakı ilə keçirilən konfransı barədə məlumat verib, müxtəlif ölkələrdə Avropa Şurasının əsas prioritetləri olan demokratiya, insan haqları və qanunun aliliyi haqqında vəziyyətdən bəhs edib.
Avropada maliyyə böhranın hələ də davam etdiyini vurğulayan sədr bunun qarşısının alınmasında, insan haqları məsələsində ümumi dialoq və əməkdaşlığın zəruriliyini bildirib.
Son vaxtlar Avropada neofaşizmin baş qaldırdığını təəssüf hissi ilə qeyd edən A. Brassör ciddi təhlükələr yaradan belə hallara qarşı mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıb.
Sonra AŞPA bürosunun və daimi komitənin fəaliyyəti barədə hesabat dinlənilib.
Daha sonra gündəlik təsdiq olunub. Avropalı deputatlar Ukraynadakı vəziyyət, Türkiyədə keçirilən prezident seçkiləri, Avropa-Aralıq dənizi əməkdaşlığının perspektivləri, qadınların hüquqları, təhsilin keyfiyyəti, yaxşı rəhbərlik və digər məsələləri müzakirə etməyi qərara alıblar.
AŞPA-nın payız sessiyası davam edir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]