AŞPA-NIN SƏDRİ AZƏRBAYCANDA MƏHBUSLARIN ƏFV OLUNMASINI ALQIŞLAYIR
AŞPA sədrinin bununla əlaqədar dövlətimizin başçısına ünvanladığı məktubda deyilir: “Əvvəlki amnistiya fərmanları kimi, bu da düzgün istiqamətdə addımdır və üç il öncə Avropa Şurasına daxil olarkən Azərbaycanın öz üzərinə götürdüyü başlıca öhdəliyin icrasını başa çatdırmasına gətirib çıxarır. Assambleya uzun müddət qeyd etmişdir ki, Avropa Şurasının üzvü olan ölkədə siyasi məhbus olmamalıdır”.
Cənab Şider daha sonra yazır: “İki həftə əvvəl Strasburqda görüşümüz zamanı mənim Sizə verdiyim siyahıdakı 8 nəfərdən yeddisi bu amnistiyaya düşdüyü üçün Sizə minnətdaram. Siyasi məhbuslar məsələsi “fəslinin bağlanması”nı şəxsən həyata keçirməklə atdığınız addım Assambleyada açıq şəkildə verdiyiniz bəyanatın aşkar təsdiqidir. Mən inanıram ki, bu öhdəlik yaxın zamanlarda tamamilə həyata keçiriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]