AŞQABADDA 20 YANVAR FACİƏSİ QEYD OLUNMUŞDUR
Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov mərasim iştirakçıları qarşısında çıxış edərək demişdir: “20 Yanvarda şəhidlik zirvəsinə ucalmış insanların arzusu çin oldu. Azərbaycan müstəqil dövlətə çevrildi və dünya dövlətləri arasında öz layiqli yerini tutdu”.
Aşqabadda yaşayan azərbaycanlılardan Zahid Əliyev, Etibar Həsənov, Ramiz Bayramov və türkmən Yunus Qaipov çıxış edərək, 20 Yanvarda sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciəni insanlığa sığmayan bir hadisə adlandırmış, bunun türkmən xalqı tərəfindən də ürək ağrısı ilə yad edildiyini vurğulamışlar.
Aşqabadda yerləşən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də xatirə günü ilə bağlı Azərbaycanın Türkmənistandakı səfirliyinə gəlmiş, xalqımızın kədərini bölüşdüklərini bildirmişlər.
Səfirliyə gələnlər 20 Yanvar faciəsi ilə bağlı salonda yaradılmış fotoguşə ilə də tanış olmuşlar.