Astanada “Euronews”un regional nümayəndəliyi açılacaq
Astana, 17 iyul, AZƏRTAC
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David ilə görüşüb.
AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qazaxıstanın “Euronews” ilə əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıblar.
“Euronews”un regional nümayəndəliyinin açılması beynəlxalq auditoriyaya Qazaxıstanın iqtisadi, siyasi, sosial və mədəni inkişafını hərtərəfli təşviq etmək üçün gözəl imkanlar açacaq”, – deyə nazir Aida Balayeva qeyd edib.
Tərəflər, həmçinin media sahəsinin inkişafı və beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsinə yönəlmiş birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsində əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]